Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində həyətlərin birindən təmir-tikinti avadanlığı və ev əşyaları oğurlanıb. Bu haqda bu gün, 8 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şübhəli bilinən Şuşa şəhər sakini, əvvəllər məhkum olunmuş N.Hüseynov, Cəbrayıl rayon sakini E.Əhmədli və Ağdam rayon sakini R.Həsənov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.