Paytaxtın Nəsimi rayonunda yerləşən kafelərin birində müştəri ilə ofisiant arasında dava olub, ofisiant olan qadın döyülüb. Bu haqda bu gün, 31 yanvar tarixində Report məlumat verir.
Verilən məlumata görə, sərxoş müştəri ilə ofisiant arasında düşən mübahisə dava ilə nəticələnib. 42 yaşlı Sədaqət Əhmədova burun sümüklərinin sınığı diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Zərərçəkmişin sözlərinə görə, müştəri ona başı ilə zərbə edirib. Faktla bağlı araşdırma aparılır.