Bakının Nəsimi rayonunda mağazadan 4320 manatlıq ətir oğurlanıb. Bu haqda bu gün, 28 aprel tarixində Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat verib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində mağazadan 517 manat pul və 4320 manat dəyərində ətirləri qeyri-aşkar şəraitdə oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Cəlilabad rayon sakini Səyyad Həmidov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.