Bakının Nərimanov rayonunda mayın 30-u avtomobil tərəfindən vurulan piyada dünən, 14 iyul tarixində dünyasını dəyişib. Bu haqda bu gün, 15 iyul tarixində Kriminalqafqaz məlumat verib.
Ziya Bünyadov prospektində yerləşən “Fab Boya” mağazasının qarşısında “BYD F3” markalı avtomobili etibarnamə ilə idarə edən sürücü İlkin Zairovun yolu keçən Ulduz Əliyevi vurub.
Piyada müxtəlif bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, o, ötən gün xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.