Bakının Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə bıçaqlama hadisəsi baş verib. Bu haqda bu gün, 15 iyul tarixində Oxu.az məlumat verib.
22 yaşlı Murad İslamov tanışı ilə söyüş üstündə dava edərək bıçaqlanıb. M.İslamov bədənin müxtəlif nahilərindən kəsilmiş-deşilmiş xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğunu bildirilir.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.