Bakı Dairəvi Yolda TIR qəza törədib. Bu haqda bu gün, 9 yanvar tarixində Bakuplus.az Baku.es-ə istinadən xəbər verir.
Hava şəraiti ilə əlaqədar magistral yolda hərəkət edən yük avtomobili idarəetmədən çıxaraq dəmir arakəsməyə çarpılıb. Nəticədə nəqliyyat vasitəsinə ziyan dəyib. Ərazidə tıxac yaranıb.
Həmçinin hazırda magistral yolda 1 km-dən çox uzunluğunda tıxac olduğu bildirilir.