Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 14 nəfər saxlanılıb. Bu haqda bu gün, 13 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat zamanı narkotik vasitə və psixotrop maddələrin əldə edilməsi, saxlanması, daşınması, göndərilməsi və ya satışı ilə məşğul olan 14 nəfər saxlanılıb.
Həmin şəxslərdə 3 kiloqrama yaxın narkotik vasitə heroin, marixuana, tiryək və psixotrop maddə metamfetamin aşkar edilib. Hər faktla bağlı araşdırmalar aparılır.