Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi yaxınlığında dənizdə batan insan xilas olunub. Bu haqda bu gün, 7 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə iyulun 6-da axşam saatlarında “Lökbatan” sularda xilasetmə məntəqəsindən kənarda, qeyri-çimərlik ərazidə baş verib.
Xilasetmə əməliyyatı FHN-in əməkdaşları tərəfindən aparılıb.