Qaradağ rayonunda 1 nəfər dənizdə xilas olunub. Bu haqda bu gün, 3 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Lökbatan qəsəbəsi ərazisində baş verib. Vətəndaşın qayıqda baş vermiş nasazlıq səbəbindən açıq dənizdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Nəticədə 56 yaşlı Hafiz Məmmədovun olduğu qayıq yedəyə alınıb sahilə çıxarılaraq vətəndaş xilas edilib.