Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 4 aprel tarixində Bakuplus.az Unikal.az-a istinadən xəbər verir.
Hadisə “Şərab evi” mağazasının qarşısında qeydə alınıb. Fuad Baxşıyev və tanışı Orxan İsmayılzadənin aralarında dava düşüb. Nəticədə F.Baxşıyev cibində gəzdirdiyi bıçaqla bir neçə dəfə sonuncuya bədən xəsarəti yetirib.
Şübhəli şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.