Qaradağ rayonunda gənc oğlan vəfat edib. Bu haqda bu gün, 8 may tarixində Bakuplus.az Unikal-a istinadən xəbər verir.
Hadisə rayonun Lökbatan qəsəbəsində baş verib. 27 yaşlı İbrahim Əliyev qəfil dünyasını dəyişib. Onun ürək çatışmazlığından öldüyü bildirilir.
Gənc gecə saatlarında özünü narahat hiss edib. İlkin müdaxilə olmasına baxmayaraq, İbrahim Əliyevin həyatını xilas etmək mümkün olmayıb.
O, tanınmış ilahiyyatçı Şahin Həsənlinin davamçısı Ramil Bədəlovun tələbəsi olub.