Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində kafedən pul oğurlanıb. Bu haqda bu gün, 25 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, aprelin 23-nə keçən gecə kafedən 900 manat oğurlanıb. Qaradağ RPİ 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən qəsəbə sakini R.Xalıqov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.