Qaradağ rayonu Lökbatan qəsəbəsində yanğın hadisəsi baş verib. Bu haqda Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat verib.
Alışma çoxmərtəbəli yaşayış binasında qeydə alınıb. Hadisə yerinə FHN-nin əməkdaşları cəlb olunub.
Hazırda hadisə yerində yanğınsöndürmə briqadaları işləyir.
Xəbər yenilənəcək.
15:47- Yenilənib
Qısa müddətdə yanğının qarşısı alınıb, sakinlərin bir hissəsi təxliyə edilib.