Qaradağ rayonu, Lökbatan qəsəbəsində yük avtomobilindən oğurluq edilib. Bu haqda bu gün, 22 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Mahir Ağayev qəsəbə ərazisində dayanan yük avtomobilindən içərisində sənədlər, 100 AZN, 6400 ABŞ dolları, 350 avro və 10.000 türk lirəsi olan çantanı oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı araşdırmalar davam edir.