Paytaxtın Qaradağ rayonu, Ələt qəsəbəsində dəmir yolu stansiyasından oğurluq edilib. Bu haqda bu gün, 16 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Əvvəllər məhkum olunmuş Nazim Nəzirov və Rəşad Məmmədov stansiyada park edilmiş vaqonların 380 kiloqram çəkisində metal hissələrini oğurlamaqda şübhəli bilinərək saxlanılıblar.
Faktla bağlı araşdırmalar davam edir.