Bakı və bölgələrdə narkotik alveri ilə məşğul olanlara qarşı silsilə əməliyyatlar keçirilib. Bu haqda bu gün, 27 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Son 20 gündə ümumilikdə 3 mütəşəkkil dəstə, o cümlədən 38 nəfər saxlanılıb, 174 kiloqram narkotik, psixotrop maddə, eləcə də 6000 ədəd ekstazi və metadon həbi dövriyyədən çıxarılıb.
Regionlarda saxlanılan dəstə üzvləri Yevlax, Astara və Gəncə-Qazax regionundan narkotikləri Bakıya gətirərək onları satmaqda şübhəli bilinirlər.
[caption id="attachment_92169" align="alignnone" width="640"]
Foto Daxili İşlər Nazirliyi[/caption]