Paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsində baş vermiş qətllə bağlı Ali Məhkəməyə müraciət edilib. Bu haqda bu gün, 3 yanvar tarixində Report məlumat yayıb.
İclas 7 yanvar tarixinə təyin edilib.
29 dekbar 2018-ci il tarixində Z.İsmayılov içində Asif Bağırov və Tural Babayevin olduğu “Hyundai” markalı avtomobili güləlləmişdir. Nəticədə sonuncu hadisə yerində ölmüşdür.
Qatilin Rövşən Caniyevin (Lənkəranski) rəhbəri olduğu kriminal qruplaşmanın üzvü, qətlə yetirilənin isə Nadir Səlifovun (Lotu Quli) klanına daxil olduğu bildirilirdi.
Z.İsmayılova 18 il 6 ay müddətinə həbs cəzası verilmişdir. Bakı Apelyasiya məhkəməsinə müraciət edən təqsirkarın protesti rədd edilmişdir.