Bakıda 21 yaşlı gənci bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub. Bu haqda bu gün, 28 aprel tarixində Apa məlumat verib.
Hadisə Xətai rayonu, Babək prospektində baş verib. 21 yaşlı Tahir Abbaszadə bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
İstintaq zamanı məlum olub ki, zərərçəkən evlərinin qarşısında tanışı Malik Abdullayevlə birgə onunla mübahisə edən 17 yaşlı Fuad Eminli tərəfindən bıçaqlanıb.
Faktla bağlı cinayət işi başlayıb. Şübhəli şəxs qismində Fuad Eminli saxlanılıb.