Bakının Yasamal rayonu, MİDA Yasamal Yaşayış Kompleksində binaların birində intihar hadisəsi baş verib. Bu haqda bu gün, 19 iyul tarixində APA məlumat verib.
Hadisə 28-ci binada baş verib. 25 yaşlı Aytən Abbasova övladları - 4 yaşlı Sofiya və 2 yaşlı Sara ilə birgə 5-ci mərtəbədən özünü atıb.
Nəticədə 2 yaşlı Sara dünyasını dəyişib, ana və 4 yaşlı Sofiya isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıblar.
İlkin məlumata görə, Abbasovanın həyat yoldağı Rusiyada yaşayır. Qadın övladları və qaynanası ilə birgə kirayədə qalırdı.
İntiharın səbəbləri hazırda məlum deyil. Bildirilir ki, intihara cəhddən öncə qadın qaynanası ilə mübahisə edib. Faktla bağlı araşdırma aparılır.