Xəzər rayonunda silsilə oğurluqlar edən şəxs tutulub. Bu haqda bu gün, 29 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini Mehnur Nuriyev rayonun Mərdəkan qəsəbəsi ərazisində 4740 AZN dəyərində alüminium olan bəzək əşyaları, eləcə də 2 evdə məişət əşyaları və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinərək saxlanılıb. Onun üzərində heroin də aşkarlanıb.
Tutulan şəxs barəsində araşdırmalar davam edir.