Nəsimi rayonunda 2 avtomobil toqquşub. Bu haqda bu gün, 19 iyun tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Rəşid Behbudov və 28 May küçələrinin kəsişməsində baş verib. “Prius” markalı nəqliyyat vasitəsi kəsişməyə daxil olan zaman eyni markalı avtomobillə toqquşub. Nəticədə maşınlardan biri yol nişanına çarpılıb. 1 nəfər xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.