Paytaxtın Sabunçu rayonunda gənc qızı avtomobil vurub. Bu haqda bu gün, 14 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Maştağa qəsəbəsində baş verib. 23 yaşlı Şəbnəm Quliyeva avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə yaralı çanaq sümüyünün sınığı ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.