Paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində avtomobil aşıb. Bu haqda bu gün, 31 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
21 yaşlı Bilal Rəcəbov “Prius” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb. Hadisə nəticəsində sürücü yerindəcə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.