Paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində qardaş qardaşın həyətinə qumbara atıb. Bu haqda bu gün, 9 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Qəsəbə sakini R.İsakov səbəb olmadan qonşuluqda yaşayan qardaşı Rəşad İsakovun həyətinə qumbara atıb. Nəticədə yaşayış evinə ziyan dəyib. Xəsarət alan olmayıb.
R.İsakov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.