Sabunçu rayonunda avtoyumaya gətirilən maşınla qəza törədilib. Bu haqda bu gün, 12 oktyabr tarixində Bakuplus.az Baku.ws-ə istinadən xəbər verir.
Hadisə rayonun Maştağa qəsəbəsində baş verib. Avtoyuma məntəqəsinin işçisi olan 16 yaşlı yeniyetmə müştərinin gətirdiyi “Mercedes” markalı avtomobili icazəsiz götürərərək onunla qəza törədib. Nəticədə maşına ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/10/12.mp4"][/video]