Paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Narkoloji dispanserdə bıçaqlanma baş verib. Bu haqda bu gün, 19 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə Respublika Narkoloji dispanserinin mətbəx otağında baş verib. Məhkəmə qərarları əsasında məcburi müalicə alan 37 yaşlı S.Əzizov heç bir əsas olmadan 44 yaşlı Ə.Məhərrəmovu arxadan yaxınlaşaraq qarın, qol və ayağından bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib.
S.Əzizov saxlanılıb. Onun barəsində cinayət işi açılıb.