Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində avtomobil gənc oğlanı vurub. Bu haqda bu gün, 25 aprel tarixində APA məlumat verib.
22 yaşlı Hüseyn Əhmədov yolu keçərkən onu “Lada” markalı avtomobil vurub. O, sürücünün köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Avtomobil cərimə meydançasına yerləşdirilib. Sürücünün izahatı alınıb. Fakt araşdırılır.