Noyabrın 8-də Masallı-Yardımlı yolunun Qəriblər kəndi ərazisindən keçən hissəsində vurulan piyada Bakıda xəstəxanada ölüb. Bu haqda bu gün, 30 dekabr tarixində Report məlumat verib.
65 yaşlı Əlibaba İmanov idarə etdiyi "UAZ 469" markalı avtomobillə yolu keçən 62 yaşlı Zəfər Ağayevi vurub.
Yaralı Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Daha sonra, noyabrın 10-da o, Bakıdakı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Kişi müalicə aldığı həmin xəstəxanada dünyasını dəyişib.