Bakının Nəsimi rayonunda, “Memar Əcəmi” metro stansiyasının yaxınlığında yol qəzası baş verib. Bu haqda bu gün, 17 aprel tarixində APA məlumat verib.
“Nissan” markalı avtomobilin sürücüsü idarəetməni itirərək dairə ilə hərəkət edən motosikletə çarpılıb. Toqquşma nəticəsində motosikletçi xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım cəlb olunub. Motosikletçi xəstəxanaya çatdırılıb. Hadisə araşdırılır.
[caption id="attachment_97400" align="alignnone" width="640"]
Foto Apa.az saytı[/caption]