Bakı metrosunda sərnişinin halı pisləşib. Bu haqda bu gün, 17 aprel tarixində Oxu.az məlumat verib.
Hadisə “Sahil” stansiyasında baş verib. Metropoliten işçiləri tərəfindən təcili tibbi yardım çağırılıb. İlkin məlumata görə, halı pisləşən qadın bank işçisidir.
Şahidlərin sözlərinə görə, təcili tibbi yardım çağırışa gəlsə də, gecikib.