Müxtəlif vaxtlarda metro stansiyalarında 4 sərnişinin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda məlumat Daxili İşlər Nazirliyindən bu gün, 11 yanvar tarixində Bakuplus-a verilib.
Polis İdarəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində əməli törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər oğurluq və soyğunçuluğa görə məhkum olunmuş Vidadi Bəkirov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.