Bakının Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində yaşayış binasında partlayış baş verib. Bu haqda bu gün, 20 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. İlkin araşdırmalara görə, yaşayış binasının 2-ci mərtəbəsindəki mənzillərin birində, hamam otağındakı su qızdırıcısında yanğınla müşahidə edilməyən partlayış baş verib.
Hadisə nəticəsində hamam otağına ziyan dəyib, partlayış dalğasının təsirindən pəncərə və qapı çərçivəsi yerindən çıxıb, xəsarət alan olmayıb. Bundan əlavə, binanın altında dayanan minik avtomobilinə ziyan dəyib.