Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsində 40 yaşlı kişi intihar edib. Bu haqda bu gün, 13 mart tarixində Lent.az məlumat verib.
Qəsəbə sakini, keçmiş məhkum Samir Hacıyev yaşadığı evin həyətində özünü asıb. Onun niyə həyatına son qoyduğu məlum deyil.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma aparılır.