Suraxanı rayonunda yol qəzası baş verib, xəsarət alanlar var. Bu haqda bu gün, 15 aprel tarixində Report məlumat verib.
Rayonun Əmircan kəndində taksi avtomobili digər nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində sərnişinlər - 25 yaşlı Cavid Qəhrəmanov və 28 yaşlı Fərrux Əsgərzadə xəsarət alıblar.
Müxtəlif bədən xəsarətləri alan şəxslər xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.