Şəmkirdəki restoranda Bakı sakinindən qızıl təsbehi oğurlanıb. Bu haqda bu gün, 21 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Polisə müraciət edən A.Bəxşəliyev onun 2000 manat dəyərində qızıl təsbehinin oğurlandığını bildirib.
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən rayon sakini A.Bəhramlı saxlanılıb. Faktla bağlı araşdırma aparılır.