Bakıda motosikletçi anası ilə yol qəzasında xəsarət alıb. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 1 iyun tarixində xəbər verir.
Paytaxtın Səbail rayonunda 23 yaşlı Kənan Qasımov və anası, 44 yaşlı Zeynəb Qasımovanın olduğu motosiklet minik avtomobili ilə toqquşub.
Hadisə nəticəsində motosikletin sürücüsü və sərnişini xəsarət alıblar.
Yaralılar xəstəxanaya çatdırılıblar.
Araşdırmalar davam edir.