Məşhur klarnetçi Rafael Dağlı (Bayramov) yol qəzasında yaralanıb. Bu haqda bu gün, 6 aprel tarixində Qafqazinfo məlumat verib.
Verilən məlumata əsasən, hadisə bir neçə gün öncə Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində baş verib. Musiqiçi idarə etdiyi “Range Rover” markalı avtomobilin sükanına nəzərəti itirərək avtomobili yolun kənarına aşırıb.
Dağlı nənəsinin yas mərasiminə gedirmiş. Qəza nəticəsində sürücü qolunun sınığı ilə xəstəxanaya çatdırılıb.