Paytaxtın Nərimanov rayonu, Albert Aqarunov küçəsində səfirlik avtomobili qəzaya düşüb. Bu haqda bu gün, 24 iyun tarixində Bakuplus.az Avtosfer-a istinadən xəbər verir.
Türkiyə səfirliyinə aid “Kia” markalı 001-D-030 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qəfil qarşısına çıxan, taksi fəaliyyəti göstərən “Honda İnsight” markalı avtomobil ilə toqquşub.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Araşdırmalar davam edir.
[caption id="attachment_49692" align="alignnone" width="800"]
Foto Avtosfer.az saytı[/caption]