Paytaxtın Nərimanov rayonu, A.Heydərov küçəsində yanğın başlayıb. Bu haqda bu gün, 28 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə yerinə FHN-nin əməkdaşları cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam edir.
Əlavə məlumat veriləcək.
10:57 - Yenilənib
Yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan və yaxud ölənlər barədə məlumat yoxdur.