Paytaxtın Nərimanov rayonu, Atatürk prospektində zəncirvari avtoqəza baş verib. Bu haqda bu gün, 14 mart tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
“Kia” markalı avtomobil idarəetməni itirərək yol kənarında dayanan “Volkswagen”, “Mercedes” və “GMC” markalı nəqliyyat vasitələrinə çırpılaraq aşıb. Sürücü hadisə yerindən uzaqlaşıb.
Faktla bağlı araşdırma davam edir.