Paytaxtın Nərimanov rayonunda narkokuryer saxlanılıb. Bu haqda bu gün, 28 fevral tarixində Bakuplus.az Baş Narkotiklərlə Mübarizə İdarəsinə istinadən xəbər verir.
Lənkəran şəhər sakini Əfrail Seyfullayevin üzərindən 2 kiloqram heroin aşkar edilib. Onun, həmçinin, ev təmiri ilə məşğul olduğu, bununla bağlı “İnstagram” sosial şəbəkəsində səhifə idarə etdiyi də məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb.
[caption id="attachment_35167" align="alignnone" width="986"]
Foto Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəsmi Youtube kanalı[/caption]