Bakıda ötən gün qadın meyiti tapılıb. Bu barədə 9 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Axşam saatlarında FHN-nin qaynar xəttinə Bakının Nərimanov rayonunda bir nəfərin bağlı qapı arxasında qaldığı barədə məlumat daxil olub.
FHN əməkdaşları qapını açandan sonra mənzildə qadın meyitini aşkar ediblər. Dünyasını dəyişən şəxs 68 yaşlı Zöhrə Niyazovadır.
Meyit aidiyyəti üzrə təhvil verilib.