Bakıda yeniyetmə oğlanı avtomobil vurub. Bu haqda 29 mart tarixində Report məlumat verib.
Nərimanov rayonunda 14 yaşlı Fərəc Namazovu yolu keçərkən avtomobil vurub. Yaralı sol baldır sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir.