Nərimanov rayonunda avtomobil dirəyə çırpılıb. Bu haqda 8 aprel tarixində APA məlumat verib.
Ziya Bünyadov prospektində Şahmar Fətullayev idarə etdiyi “Mercedes” markalı avtomobillə metronun “Koroğlu” stansiyası istiqamətində hərəkətdə olan zaman sükana nəzarəti itirib. Nəticədə avtomobil yolayrıcında işıq dirəyinə çırpılıb və deformasiyaya uğrayıb.
Avtomobildə olan sərnişin, 27 yaşlı Ramin Gözəlov və sürücü Ş.Fətullayev ağır bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.