Bakıda gözətçi otağı yanıb. Bu haqda 8 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Nərimanov rayonunda martın 7-də axşam saatlarında ümumi sahəsi 5 kv.m olan taxta konstruksiyadan ibarət gözətçi otağı yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın FHN-nin mühafizə bölmələri tərəfindən söndürülüb.