Paytaxtın Nərimanov rayonunda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Bakıda intihara cəhdin qarşısını alıblar. Bu haqda FHN-nin mətbuat xidməti 22 aprel, axşam saatlarında məlumat yayıb.
Naməlum şəxs binanın 4-cü mərtəbəsindəki pəncərəyə çıxaraq özünə qəsd etmək istəyib.
Hadisə yerinə FHN-nin xilasetmə xidməti cəlb olunub. Şəxslə psixoloji söhbət aparılıb və nəticədə o, öz fikrini dəyişib.