Paytaxtın Nərimanov rayonunda kişi meyiti tapılıb. Bu haqda bu gün, 23 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Adıçəkilən rayonun F.Yusifov, 45A ünvanında yerləşən mənzillərin birindən 55 yaşlı Ayaz İsayevin meyiti aşkar edilib. Cəsədin üzərində zorakılıq əlamətləri olmayıb. O, mənzildə bağlı qapı arxasında qalıb.
Faktla bağlı araşdırmaya başlanılıb.