Paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospekti, Rəssamlıq Akademiyasının qarşısında avtoqəza baş verib. Bu haqda bu gün, 29 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
“Toyota” markalı avtomobil yolu keçən Sabirabad rayon sakini Rauf Nəsirovu vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib. Sürücü qaçsa da polis əməkdaşları tərəfindən saxlanılıb. O, Bakı şəhər sakini A.Bağırovdur.
Faktla bağlı cinayət işi başlanılıb. Təfərrüatlar araşdırılır.