Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 23 noyabr tarixində Report məlumat verib.
26 yaşlı Elkin Əsədov motosikleti idarə edərkən avtomobillə toqquşub. Nəticədə o, müxtəlif xəsarətlər alıb. Gənc təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.