Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb. Bu haqda 19 mart tarixində Report məlumat verib.
Nərimanov rayonunda 28 yaşlı Elnur Hüseynov idarə etdiyi motosiklet yol kənarındakı maneəyə çırpılıb. Yaralı sol pəncənin ikinci daraq sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir.